AZ

Pakistanda partlayış

Pakistanda mədən işçilərini daşıyan avtomobilə terror hücumu təşkil edilib. Pakistanın Bəlucistan əyalətində yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində şaxtaçıları daşıyan maşında olan 9 nəfər həlak olub.

Yüksək vəzifəli hökumət rəsmisi Səlim Tarin ölənlərin kömür mədənində işçilər olduğunu deyib və əlavə edib: “Partlayış nəticədə 9 işçi ölüb, 7 işçi yaralanıb”.

Hökumət rəsmisi hücumda istifadə edilən bombanın əldəqayırma partlayıcı qurğu olduğunu bildirib.

Bəlucistanın baş naziri Əbdül Vəli Kakar partlayışın Harnai rayonunda baş verdiyini açıqlayıb. Kakar polisin hadisəyə tez reaksiya verdiyini və araşdırmanın davam etdiyini bildirib.

Kakar yaralıların xəstəxanaya aparıldığını bildirib.

Pakistanın daxili işlər naziri Mohsin Naqvi hücumu pisləyib və araşdırma ilə bağlı bütün səlahiyyətləri polisə verib.

Hücumun separatçı Bəluc Azadlıq Ordusu tərəfindən həyata keçirildiyi güman edilir ki, bu da daha əvvəl başqa bölgələrdən gələn işçilərə qarşı hücumlar həyata keçirib.

Seçilən
18
vaxt.az

1Mənbələr