AZ

Skamyasında yuxuya gedən futbolçu danışdı: Yatmadım, sadəcə…

Julien Faubert “Real Madrid” tarixinə ehtiyat oyunçular skamyasında yatan oyunçu kimi düşüb.

Medianews.az xəbər verir ki, Faubert bu məsələ ilə bağlı danışıb.

“Yatmadım.”Real Madrid”də mətbuata məsul şəxs mənə dedi ki, jurnalistlər şişirtməyi xoşlayırlar. Sadəcə, məyus olduğum üçün gözlərimi yummuşdum, amma bunu belə xəbər ediblər. Mənə əhəmiyyət vermədilər”, – o bildirib.

Faubert, futbolçuların istər meydanda, istərsə də ehtiyat oyunçular skamyasında hər zaman diqqətli olması lazım olduğunu vurğulayıb.

“Onlar hətta dodaqlarını oxumaqla dediklərini öyrənə bilərlər. İngiltərədə belə deyildi, amma Real Madrid fərqlidir. Böyük bir kluba gəlirsənsə, bunu qəbul etməlisən”, – o deyib.

Zidandan sonra Fransa millisində 10 nömrəli oyunçu kimi də tanınan Faubertin Real Madrid karyerası qısa sürdü və o, növbəti il ​​West Ham-a qayıdıb.

Müxtəlif komandalarda oynadıqdan sonra 22 dekabr 2019-cu ildə futboldan ayrılıb.

Medianews.az

Seçilən
66
medianews.az

1Mənbələr