AZ

79 yaşlı Ajda Pekkan məhkəməlik oldu

Türkiyənin məşhur sənətçisi Ajda Pekkan Bodrumdakı lüks villasına görə qonşularla mübahisə içindədir. Məlumata görə, müğənninin dördmərtəbəli evində artıq bir ildir ki, təmir işləri dayanmaq bilmir.

Yenisabah.az xəbər verir ki, gündəlik olaraq 10 nəfərlik işçi heyətinin məşğul olduğu təmir prosesi ətraf sakinlərin narazılığına səbəb olub. Xüsusilə yük maşınlarının intensiv hərəkəti və tikinti səs-küyü qonşular üçün dözülməz hala çevrilib.

Səmt rəhbərliyi və narazı qonşular vəziyyətin həll olunmadığını görərək məhkəməyə müraciət etmək qərarına gəliblər. Onlar uzunmüddətli təmirin həyat keyfiyyətinə mənfi təsir etdiyini bildirirlər.

Məşhur sənətçinin məsələ ilə bağlı rəsmi açıqlama verib-verməyəcəyi isə hələlik bəlli deyil.


Telegram kanalımız
Seçilən
23
yenisabah.az

1Mənbələr