AZ

TRAMP VƏ KOMANDASI NİYƏ U DÖNÜŞÜ EDİR? - Ukrayna məsləsi ilə bağlı əvvəlki sözlər təkzib edilir, Moskvaya yönəlik sərt üslub başlayıb

"Türk qardaşlarımız demişkən, “kifayetsiz muhteris” (bir işi görmək üçün kvalifikasiyası olmayan) Trampın açıqlamalarından sonra amerikalı sözçülər son saatlarda vəziyyəti düzəltməyə çalışıblar. Görünür, haradansa xəbərdarlıq gəlib".

Mia.az xəbər verir ki, bunu polistoloq Şahin Cəfərli deyib.

Onun sözlərinə görə, vitse-prezident Vens bildirib ki, Rusiya Ukraynanın müstəqilliyini və təhlükəsizliyini təmin edəcək sülh variantına razı olmasa, ABŞ Ukraynaya hərbi kontingent göndərəcək və Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək: "Müdafiə naziri Heqset əvvəlki sözlərinə düzəliş edərək deyib ki, Ukraynanın heç vaxt NATO üzvü olmayacağını söyləməyib, söhbət yalnız indiki mərhələdən gedir. Eyni zamanda, o qeyd edib ki, Ukraynaya nüvə silahı verilməsi də istisna deyil. (Bu, əlbəttə ki, real deyil, məqsəd Rusiyaya “xox” gəlməkdir). Trampın Ukrayna üzrə xüsusi nümayəndəsinin müavini Koul bəyan edib ki, gələcəkdə Ukraynanın öz ərazi bütövlüyünü bərpa etməsini və NATO-ya qəbul olunmasını istisna etmirlər".

Şahin Cəfərlinin sözlərinə görə, təbii ki, açıqlamalardan daha önəmli olan məsələ ortaya qoyulacaq sülh planıdır: "Ukraynanın iştirakı olmadan onun taleyi ilə bağlı hər hansı müzakirə və anlaşma olmayacaq. Bunu dünən prezident Tramp da vurğuladı. Ehtimal olunan belə bir anlaşmanı rədd edəcəklərini Ukrayna və Avropa İttifaqı aydın şəkildə nəzərə çatdırdılar.

Bir vacib məqamı da qeyd etməyə ehtiyac var ki, bu gün Ukraynanın silah-sursat ehtiyacının 70 faizi Ukraynanın özü və Aİ tərəfindən təmin edilir. Ukrayna hərbi büdcəsinin 80 faizi Ukraynanın özü və Aİ tərəfindən formalaşdırılır. ABŞ-ın dəstəyi şübhəsiz ki, çox vacibdir, amma “ABŞ əlini çəksə, Ukrayna dərhal çökər" variantı da keçərli deyil".

Samir MUSAYEV

MİAA.Z

Seçilən
10
mia.az

1Mənbələr