AZ

ABŞ vətəndaşı Vnukovo hava limanında saxlanılıb

“2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan siyasi tarixinin ən əlamətdar hadisələrindən biri oldu. İlk dəfə olaraq məhz bu seçki Qarabağda, Xankəndidə, Şuşada baş tutdu. Bu seçkinin nəticələri göstərdi ki, möhtərəm İlham Əliyev Azərbaycan seçicisinin inandığı, güvəndiyi və öz taleyini etibar etdiyi siyasi liderdir”.

SeherXeber.org xəbər verir ki, bunu deputat Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, ölkəmizin yüksəlişinə nail olmaqla yanaşı, Prezident İlham Əliyev dünya birliyində Azərbaycanın mövqelərini davamlı şəkildə gücləndirib. “Dövlət başçısının düşünülmüş, məqsədyönlü fəaliyyəti ölkəmizdə milli birliyin, sabitliyin daha da möhkəmlənməsinə, Azərbaycanın regional və beynəlxalq miqyasda nüfuzunun daha da artmasına gətirib çıxarıb. Bu siyasət Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini, Qoşulmama Hərəkatına rəhbərlik etməsini, kosmik klubun üzvünə və beynəlxalq tədbirlərin məkanına çevrilməsini təmin edib”, - o qeyd edib.

Deputat əlavə edib ki, son dövrün hadisələri göstərdi ki, cənab Prezidentin “Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək” fikirləri, əslində, hər bir siyasətçi üçün mayak olmalıdır:

“Cənab Prezident Azərbaycana qarşı keçmiş Bayden adminstrasiyasının ədalətsizliklərinə qarşı sinə gərəndə də, ABŞ-də Prezident seçkilərindən öncə Donald Trampın seçilməsinin Azərbaycan-ABŞ əlaqələrinə müsbət təsir edəcəyinə inandığını söyləyəndə də xalqına həqiqətləri söyləyirdi.

AZAL-ın təyyarəsinə Rusiya Federasiyası ərazisində namərdcəsinə sui-qəsd edilən zaman da ölkə rəhbəri öz xalqına həqiqətləri söylədi və bütün risklərə baxmayaraq, ölkəsinin həyatını itirmiş və yaralanmış vətəndaşlarının hüquqlarının müdafiəsi üçün bütün vasitələrdən istifadə etdi.

Möhtərəm İlham Əliyevin prezidentliyi Azərbaycan tarixində gerçək müstəqilliyin yaşandığı dövrdür. Azərbaycanda qrantla qidalanan saxta müxalifətçilərin özlərini kölə və qrant verənlərin özlərini ağa kimi apardıqları dövr artıq tarixə qovuşub.

USAİD və “Rus evi” kimi fəaliyyəti qaranlıq olan təşkilatlara artıq Azərbaycanda yer yoxdur. Xüsusən USAİD kimi qurumların ÜST-dən qalxan kimi istifadə edərək səhiyyə qurumlarına daxil olmağa maraqlı olduqları nəzərə alınmalıdır. Bəzi dövlət səhiyyə qurumlarının siyasi cəhətdən yetkin olmayan əməkdaşlarının USAİD layihələrində iştirakı və digər məsələlər çox ciddi şəkildə araşdırılmalıdır. “Biz isə deyirik: sağ olun, sizin köməyinizə ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAİD adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil”, - Prezident USAİD-lə bağlı mövqeyini açıqlayarkən deyib.

Bu gün Prezident İlham Əliyevin Milli Məclisdə and içməsindən bir il ötür. Bu bir ildə xarici və daxili siyasətdə böyük nailiyyətlər əldə olunub, qarşıya qoyulmuş vəzifələrin icrası baxımından mühüm tədbirlər həyata keçirilib. Bu dövrün siyasi və iqtisadi mənzərəsi təsdiq edir ki, qarşıda Azərbaycanı yeni uğurlar gözləyir”.

Mürtəza

SeherXeber.org

Seçilən
8
seherxeber.org

1Mənbələr