AZ

Muxtar Babayev və Yalçın Rəfiyev COP29 razılaşmalarının müzakirəsi üçün Münxendə danışıqlar aparacaqlar

COP29-un prezidenti Muxtar Babayev və baş danışıqçı Yalçın Rəfiyev Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyadadırlar.

“Report” xəbər verir ki, bu barədə COP29 sədrliyinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.

"COP29-un prezidenti və baş danışıqçı COP29-da əldə edilmiş irəliləyişin bütün dünyada insanların daha yaxşı və təhlükəsiz gələcəyini necə təmin edə biləcəyini müzakirə etmək üçün beynəlxalq liderlərlə bir neçə görüşdə iştirak edəcəklər", - məlumatda qeyd olunub.

Seçilən
12
7
report.az

8Mənbələr