Türkiyənin Londondakı Konsulluğu qarşısında Quran yandıran fəal hadisəni görən vətəndaş tərəfindən döyülüb.
"Unikal" xəbər verir ki, sosial mediada böyük səs-küyə səbəb olan hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb.
Bildirilib ki, hadisə yerinə təcili tibbi yardım və polis qrupları sövq edilib. Quranı yandıran və onu döyən şəxsi saxlanılıb.