AZ

Ötən il Qazaxıstandan 15 TON at-qatır, Monqolustandan QOYUN -quzu əti, Braziliyadan 3 MİN TON HEYVАN DİLİ GƏTİRİLİB...


Azərbaycanın rəsmi statistikasına əsasən 2024-cü ildə ölkənin ət idxalı dəyər ifadəsində 49,4 faiz, miqdar baxımından isə 41 faiz artaraq 129 milyon 556 min dollar dəyərlə 58 min 689 ton təşkil edib. Bu idxalın strukturuna baxdıqda bir sıra maraqlı məqamlar diqqəti cəlb edir.

Musavat.com Dövlət Statistika Komitəsinin açıqladığı hesabata istinadən xəbər verir ki, ötən il Azərbaycana Qazaxıstandan 24,7 min dollarlıq 14,53 ton at və qatır əti gətirilib, sonra isə yenidən Qazaxıstana qaytarılıb.

2024-cü ildə ölkəmizə Braziliyadan 3 min tona yaxın iribuynuzlu heyvan dili gətirlib. Belarus, Rusiya, Ukrayna və Braziliyadan ümumilikdə 75,44 ton iribuynuzlu heyvan qaraciyəri idxal olunub.
Monqolustandan 2023-cü ildə 39,5 ton təşkil edən quzu, qoyun əti və əlavələri 2024-cü ildə 637 tona yüksəlib.

Braziliyadan mal, donuz və hindtoyuğu əti idxalı 2023-cü ildəki 4002,58 tondan 2024-cü ildə 4791,43 tona, Ukraynadan mal və toyuq əti idxalı 2023-cü ildəki 15019,94 tondan 2024-cü ildə 23511,89 tona, Rusiyadan 2023-cü ildə 9207,37 ton olan maldan tutmuş ördək ətinə qədər idxal 2024-cü ildə 14120 tona, Belarusdan 3014,5 ton olan mal, toyuq, göyərçin, hindtoyuğu əti idxalı 13240,32 tona qədər artıb.


Seçilən
7
nuh.az

1Mənbələr