Fransa millisinin baş məşqçisi Didye Deşam həmyerlisi, "Real"ın sabiq çalışdırıcısı Zinəddin Zidan haqda danışıb.
QOL.az "RMC Sport"a istinadən xəbər verir ki, daha əvvəl DÇ-2026-dan sonra yığmanı tərk edəcəyini açıqlayan mütəxəssis Zidanı millinin baş məşqçi vəzifəsinə əsas namizəd adlandırıb:
“Aramızda böyük hörmət var. Axırıncı dəfə bir-birimizi 2023-cü ilin yayında görmüşdük. Gələn yay yenidən görüşməliyik. Zidan çox yaxşı namizəddir. Onun milliyə gəlişi gözləniləndir. Zidanın isə bunu istəyib-istəmədiyini bilmirəm.
Qeyd edək ki, Zidanın son iş yeri "Real" olub. Mütəxəssis həmin vaxtdan bəri heç bir klubun təklifini qəbul etməyib. O, yalnız Fransa millisini çalışdırmaq istəyir. Zidan hazırda Madriddə yaşayır və yalnız Fransa millisindən təklif gözləyir.