İrlandiyanın "Şemrok Rovers" klubunun üzvü adını futbol tarixinə yazdırıb.

Offsideplus.az xəbər verir ki, söhbət gənc hücumçu Maykl Nunendən gedir. Belə ki, o, UEFA Konfrans Liqasının pley-off mərhələsində Norveç səfərində "Molde"nin qapısına qol vurub.

Nunen16 yaş 197 günlüyündə fərqlənməklə, Avropa kubokları tarixində ən gənc bombardirə çevrilib. Bununla da, irlandiyalı hücumçu hətta Romelo Lukaku və Lamin Yamalı qabaqlayıb.

Avrokuboklarda ən tez qol vuranlar:

1. Maykl Nunen - 16 yaş 197 gün

2. Romelo Lukaku - 16 yaş 218 gün

3. İker Munyan - 16 yaş 272 gün

4. Xorti Moxio - 16 yaş 349 gün

5. Ansu Fati - 17 yaş 40 gün

6. Lamin Yamal - 17 gün 68 gün