AZ

Əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə davam etdirilir

Bakı. Trend:

Vətəndaşların əmək hüquqlarının pozulması halları ilə bağlı Əməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət ƏməkMüfəttişliyi Xidmətindən daxil olmuş məlumatlar əsasında BaşProkurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsindəaraşdırma aparılıb.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Araşdırma zamanı “Medera Hospital” MMC, “Abbasoğlu İnşaat” MMC,“Yol Tikintiservis” MMC, “Dream Construction” MMC, “Lock Service”MMC və “Apaydın Tatil” MMC-nin vəzifəli şəxsləri, həmçinin fizikişəxs T.F.Teymurov tərəfindən işçilərin əmək müqaviləsi (kontraktı)hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinəcəlb edilməsi müəyyən edilib.

Bundan başqa “İlkin-E” şirkəti, “Kerama Trade” MMC və“KNN-Construction LTD” MMC-nin vəzifəli şəxsləri tərəfindənişçilərə əmək haqqı və son haqq-hesabın ödənilməməsi nəticəsindəqanunvericiliklə nəzərdə tutulmuş əmək hüquqlarının kobud şəkildəpozulması müəyyən edilib.

Göstərilən faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1(əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürəntərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinəyetirilməsinə cəlb edilməsi) və 192.4-cü (işçinin əmək haqqınınödənilməsində qanun pozuntularına yol verilməsi) maddələri iləinzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçünaidiyyəti üzrə məhkəmələrə və Dövlət Əmək Müfəttişliyi Xidmətinəgöndərilib.

Məqalədə:
Seçilən
45
29
az.trend.az

10Mənbələr