AZ

"Sabah" "Səbail"ə qarşı neçə itki ilə oynayacaq? - AÇIQLAMA

Misli Premyer Liqasının 23-cü turunda "Səbail"in qonağı olacaq "Sabah" matçın hazırlıqlarını davam etdirir.

"Bayquşlar"ın sözçüsü Elnur Həmidovun Fanat.Az-a verdiyi məlumata görə, "dənizçilər"lə görüşdə iki oyunçunun meydana çıxmayacağı dəqiqdirsə, daha üçünün də oynamamaq ehtimalı yüksəkdir:

"Sofian Çakla cəzalı durumdadır. Sarı vərəqə limiti dolduğu üçün oyunu kənardan izləyəcək. Ayaz Quliyev də zədə səbəbindən böyük ehtimalla, bu qarşılaşmada iştirak etməyəcək. Hazırda Namik Ələsgərov, Con İrasabal və Coy Lens Mikels də müxtəlif xəsarətlər üzündən kollektiv çalışmalara qatıla bilmirlər. Amma bu futbolçularla bağlı hələ hər şey dəqiqləşməyib. Yəni oyun gününə qədər vəziyyətləri yaxşıya doğru dəyişə də bilər".

Xatırladaq ki, "Səbail" - "Sabah" matçı fevralın 17-də keçiriləcək. Qarşılaşmanın start fiti 19:00-da səsləndiriləcək.

Nihat

Seçilən
22
fanat.az

1Mənbələr