Türkiyənin superstarı Ajda Pekkan məhkəməlik olub.
OLAY yazır ki, buna səbəb sənətçinin uzun müddətdir davam edən villa təmiri göstərilib. Belə ki, Ajda Bodrumdakı malikanəsini aylardır 10 nəfərlik komanda ilə təmir etdirir.
Lakin 7 aydır davam edən təmir işlərindən narahat olan qonşuları 79 yaşlı müğənnini məhkəməyə verib.
Qeyd edək ki, villanın 6 otağı, 2 böyük zalı və hovuzu var.
![](https://olay.az/uploads/posts/2025-02/bnxvbnxvbnbxvbn.webp)