Xaldan-Mingəçevir yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza fevralın 13-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 10-SS-799 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil, 04-BA-054 dövlət nömrə nişanlı “VAZ-2106” markalı maşınla toqquşub. Zərbənin təsirindən “VAZ”ın baqaj hissəsi tamamilə sıradan çıxıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Nərmin