AZ

Tanınmış azərbaycanlı hücumçunu istəyən xarici klub bilindi

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin “Nürnberq”dən ayrılacağı haqda xəbər vermişdik.

O, yayda Asiyaya yollana bilər.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı futbolçunun xidmətində Cənubi Koreya klubu maraqlıdır.

Asiyalılar indidən Mahir üçün hərəkətə keçib.

Ötən ilin yayında “Nürnberq”lə 1+1 illik müqavilə imzalayan forvardla maraqlanan Cənubi Koreya klubunun adı müəyyənləşib.

"Report"un əldə etdiyi məlumata görə, "Seul" onu heyətinə qatmaq niyyətindədir.

Daha əvvəl də azərbaycanlı forvarda təklif irəli sürən K Liqa 1 təmsilçisi Emrelini razı salmaq üçün Nürnberq şəhərinə nümayəndə də göndərib.

"Seul" oyunçunu razı sala bilsə, II Bundesliqa klubuna müəyyən məbləğ ödəməli olacaq. Cənubi Koreyada transfer dönəmi martın 22-də başa çatacaq.

Seçilən
29
sportinfo.az

1Mənbələr