AZ

Orban xəbərdarlıq etdi: “O, öz-özünə dağılacaq”

“Avropa İttifaqı öz-özünə dağılacaq”.

KONKRET.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban AB-nin gələcəyi haqqında danışarkən deyib.

Orban Macarıstanın Aİ-dən çıxmaq niyyətində olmadığını vurğulayıb.

“Əgər almanlar və fransızlar nəsə fikirləşib Avropa İttifaqını yeni səviyyəyə çıxarmasalar, deməli, onun dağılması labüddür və buna çox az vaxt qalıb.  Aİ-dən çıxmağa ehtiyac yoxdur, belə davam etsə, ittifaq öz-özünə dağılacaq. Macarıstanın Aİ-də qalması daha yaxşıdır, çünki ittifaqın yaradılması ideyasının özü müsbət idi. Əgər düzgün təşkil edilsəydi, üzv dövlətlərin maraqlarına yaxşı xidmət göstərilərdi. Avropanın rəqabət qabiliyyətinin azalması və Aİ-nin gələcəkdə dağılması İtaliyanın keçmiş baş naziri, Avropa Mərkəzi Bankının keçmiş rəhbəri, Avropanın ən dərin iqtisadçılarından biri Mario Draqinin hesabatında müzakirə olunub. Mənim fikirlərim Aİ-ni tənqid etmir. Bununla belə, Aİ-nin köklü dəyişikliklərə ehtiyacı var”, – Orban vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
6
2
konkret.az

3Mənbələr