Çilinin cənubundakı Punta Arenas sahillərində atası ilə kanoe sürərkən balina tərəfindən əvvəlcə udulan, sonra isə tüpürülərək çıxan gəncin görüntüləri bütün dünyada maraq doğurub.

İndex.az xəbər verir ki, “Associated Press”ə danışan gənc kanoeçi balina tərəfindən udulan zaman öldüyünü düşünüb.

Atası ilə kanoedə gəzən 24 yaşlı Adrian Simancas qəfil özünü balinanın ağzında tapıb. Atasının lentə aldığı kadrlarda balinanın qəfil ağzını açaraq gənci içinə çəkdiyi görünür.

Adrian əvvəlcə bunun qatil balina hücumu olduğunu düşünüb: “Bir müddət əvvəl orkalardan danışırdıq, ona görə də ağlıma gəldi. Düşündüm ki, orkadır və məni öldürəcək”.

AP-yə danışan Adrian içəridə gördüklərini belə izah edib: “Tünd mavi və ağ kimi rənglər gördüm. Üzümdə bir an selikli bir toxuma hiss etdim. Arxadan yaxınlaşan şey bağlandı və məni batırdı. O an edə biləcəyim bir şey olmadığını düşündüm”.

Mütəxəssislər bu heyrətamiz donqar balina-insan yaxınlaşması ilə bağlı açıqlama veriblər. Mütəxəssislərin fikrincə, bu yaxınlaşmanın səbəbi gənclə ünsiyyət qurmaq və ya sadəcə maraqdandır…