Qəzetin məlumatına görə, fevralın 12-də Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığı "qlobal siyasəti alt-üst edib". Avropa və Ukrayna, Trampın Rusiyaya güzəştlər edərək Kiyevə heç bir şey verməməsindən narahatdır.
Putin və Tramp, xüsusilə Ukraynadakı münaqişənin həlli perspektivlərini müzakirə ediblər. Kremlin məlumatına görə, Tramp tezliklə hərbi fəaliyyətlərin dayandırılması və məsələnin dinc yolla həlli tərəfdarı olduğunu bildirib. Putin isə münaqişənin kök səbəblərinin aradan qaldırılmasının vacibliyini vurğulayıb və uzunmüddətli həllin yalnız sülh danışıqları ilə mümkünlüyü barədə ABŞ lideri ilə razılaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31