AZ

ABŞ Rusiyanı TƏHDİD ETDİ: “Putin sülh danışıqlarını pozsa…”

“Putin sülh danışıqlarını pozsa, ABŞ qoşunlarını Ukraynaya göndərəcək”.

KONKRET.az xəbər verir ki, bu bəyanatla ABŞ-ın vitse-prezidenti J.D.Vens çıxış edib.

O bildirib ki, Rusiya prezidenti Vladimir Putin müharibəni dayandırmağa razı olmasa və sülh danışıqlarını pozsa, Birləşmiş Ştatlar Kremlə qarşı yeni sanksiyalar tətbiq edəcək və Ukraynaya Amerika qoşunları göndərəcək.

“İqtisadi təzyiq rıçaqları var və təbii ki, hərbi təzyiq vasitələri də mövcuddur. Tramp administrasiyası Putini Rusiyanın döyüş meydanında deyil, danışıqlar masası arxasında daha çox şeyə nail ola biləcəyinə inandırmağa çalışacaq. Ukrayna üzrə razılaşma uğurlu olsa, ABŞ Rusiya ilə münasibətləri bərpa edə bilər. Çünki Moskvanın hazırda Qərb ölkələrindən təcrid olunması onu Pekinin kiçik tərəfdaşına çevirir. Çin ilə koalisiyada kiçik qardaş olmaq Putinin maraqlarına uyğun deyil”.

Vens Rusiya və Ukrayna arasında sülh sazişinin mümkün parametrləri barədə danışmaqdan imtina edib. Onun sözlərinə görə, işğal olunmuş Ukrayna ərazisinin hansı hissəsinin Rusiyanın nəzarətində qalacağı və Kiyevin ABŞ və digər Qərb müttəfiqlərindən hansı təhlükəsizlik zəmanəti alacağı hələ bəlli deyil.

“Tramp “gözünü yumub” istənilən variantı müzakirə etməyə hazırdır. Lakin danışıqlar zamanı müəyyən məsələlərlə bağlı fikrini dəyişə bilər. Düşünürəm ki, bu, bir çox insanı şoka salacaq razılaşma olacaq”, – ABŞ-ın vitse-prezidenti vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
20
konkret.az

1Mənbələr