AZ

Çernobil AES-ə Rusiyaya aid dron düşdü

Rusiya ordusuna aid dron Ukraynanın Çernobil Atom elektrik stansiyasının sıradan çıxmış reaktorunun radiasiya sığınacağına (radiasiyanı izolasiya edən qoruyucu örtük) düşüb.

Modern.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, zərbədən sonra dördüncü blokun sığınacağında yanğın baş versə də, Beynəlxalq Atom enerji Agentliyinin AES-də olan əməkdaşlarının müdaxiləsindən sonra alovu söndürmək mümkün olub.

Faktı Beynəlxalq Atom Enerji Agentliyi də təsdiqləyib. Agentlik Çernobılın daxilindən və kənarında radiasiya səviyyələrinin normal və stabil olduğunu bildirib.

Seçilən
9
1
modern.az

2Mənbələr