AZ

Dünyanı qorxuda saxlayan bu asteroidi Yerə düşsə... - Görün haranı dağıdacaq

Astronomların “2024 YR4” adlı asteroidin dünya üçün potensial təhlükəsi barədə xəbərdarlıq etdiyi haqda məlumat vermişdik. Hesablamalara görə, bu göy cismi təkcə Yer üçün deyil, Ay üçün də təhlükə yaradır. Bəs bu asteroid planetimizə düşsə nə baş verə bilər?


Arizona Universitetindən Devid Rankinin sözlərinə görə, "2024 YR4”-ün Yerə dəymə ehtimalı 2 faizdən bir qədər çoxdur.


Onun hesablamalarına görə, 2032-ci il dekabrın 22-də Piza qülləsi böyüklüyündə olan bu asteroidin Yerlə toqquşma ehtimalı 48-də birdir. Rankinin sosial media hesabında paylaşdığı simulyasiya videosu asteroidin mümkün təsir nöqtəsini göstərir.


Alimlərin fikrincə, bu göy cismi Yerə dəysə, 8 meqatonluq partlayış baş verəcək. Bu, Xirosimaya atılan atom bombasından 343 dəfə çox dağıdıcıdır. Bu partlayış Vaşinqton qədər böyük bir ərazini məhv edə bilər.

NASA-nın təhdidlər siyahısındakı ən mühüm səma cisimlərindən biri olan “2024 YR4” təkcə Yer üçün deyil, Ay üçün də təhlükə yaradır. Asteroidin Aya dəymə ehtimalı 0,3 faizdir.


Atmosferi olmayan Ay saatda təxminən 48 min kilometr sürətlə çırpılacaq bu asteroidin zərbəsini birbaşa hiss edəcək. Bu halda Ayda diametri 500 ilə 2 min metr arasında olan kraterin açılması gözlənilir.

Asteroidin təhlükəsi ilə bağlı narahatlıq olsa da, Rankin dünya üçün böyük riskin olmadığını vurğulayıb: "Bu asteroidin Yer üçün təhlükə yaratma ehtimalı cəmi 2,1 faizdir. Hazırda narahat olmağa dəyməz"./Publika.az


Seçilən
1
2
referans.az

3Mənbələr