Naxçıvan, 14 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin Şahbuz Rayon Elektrik Şəbəkəsi tərəfindən rayonun kəndlərində elektrik təsərrüfatının yenidən qurulması və təmiri işləri davam etdirilir.
Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şəbəkənin illik iş planına uyğun olaraq, rayonda istehlakçıların elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə yeni özünü daşıyan izolyasiyalı (SİP) kabellər çəkilib, metal elektrik dirəkləri quraşdırılıb. Həmçinin məişət abonentlərinin mənzil daxilində və yaşayış evlərində olan elektrik sayğaclarının kənara çıxarılması işləri davam etdirilir.