AZ

Dilan və Engin Polat bəraət aldı

Türkiyəli sosial media fenomenləri Dilan, Engin və Sezgin Polatın mühakimə olunduğu iş üzrə hökm çıxarılıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Məhkəmə sübutların yetərli olmadığı üçün təqsirləndirilən şəxslərə bəraət hökmü çıxarıb.

Hadisə ilə bağlı Küçükçekmece Respublika Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində oktyabrın 5-də eyni vaxtda keçirilən əməliyyatla 5 şübhəli saxlanılıb.
 
Hadisə ilə bağlı hazırlanan iddianamə çərçivəsində Dilan, Engin və Sezgin Polatın hər birinin 2 il 4 aydan 8 ilə qədər həbsə məhkum edilməsi istənilib.

Küçükçekmece Respublika Baş Prokurorluğunun hazırladığı iddianamədə, müttəhim Dilan Polatın sosial media hesabında yayımladığı video danışıqda Banu Parlaka təhdid mesajı göndərdiyi bildirilib.
 
İddianamədə, bu mesajdan qısa müddət sonra Dilan və Engin Polatın birgə çıxardığı qərarla müttəhim Engin Polatın Gürcüstandakı əlaqələri vasitəsilə ictimaiyyət arasında \"Daltonlar” çetesi kimi tanınan silahlı mütəşəkkil cinayət qrupunun fərari başçıları Beratcan və Batın Can Gökdemirlə şikayətçinin iş yerinə silahlı hücum təşkil etmək üçün əlaqə saxladığı bildirilib.

İddianamədə bildirilib ki, hücumu həyata keçirən Gökdemir qardaşları İstanbulda xüsusi olaraq kirayə götürülmüş təhlükəsiz evdə hərəkətə hazır vəziyyətdə gözləyən müttəhimlər Batuhan İnci, Yunus Emre Yıldız, Nizamettin Bilgili, Onur Abiç və İsmail Əmrə Arifoğluna göstəriş veriblər.

Müttəhim Engin Polat hücumu sosial şəbəkədə eşitdiyini, Banu Parlakın hücumdan 2 gün əvvəl sosial şəbəkədə açıqlama verərək onları günahlandırdığını və bunu kimin etdiyini bilmədiyini bildirib.

Mikayıl
Seçilən
35
1
azxeber.com

2Mənbələr