AZ

Türkiyədə ev alışında ruslar yenidən lider oldular

Bu ilin yanvarında Türkiyədə daşınmaz əmlakın alışında Rusiya vətəndaşları yenidən lider olub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Türkiyənin Milli Statistika İnstitutunun (TUİK) məlumatına görə, dekabrda 438 mənzil alan ruslar yanvarda daha 248 mənzil alıblar.

Bu sırada ikinci yerdə İran vətəndaşları (162), üçüncü yerdə isə İraq vətəndaşları (103) qərarlaşıb.

2024-cü ildə ruslar Türkiyədə 4867 daşınmaz əmlak alqı-satqısı əməliyyatı bağlayaraq üçüncü il dalbadal ev alışında lider olublar.

Seçilən
43
ictimairey.az

1Mənbələr