AZ

Şərqi Azərbaycanın Ətraf Mühitin Mühafizəsi Baş Direktoru: Urmu gölündəki fəlakətin dərinliyi çox böyükdür

Şərqi Azərbaycan Əyalətinin Ətraf Mühitin Mühafizəsi bölməsinin Baş direktoru Məhəmmədhüseyn Həsənzadə Urmu gölünün vəziyyətini kritik hesab edib və vurğulayıb ki, Urmu gölünün xilası Azərbaycanı ekoloji, iqtisadi, sosial və kənd təsərrüfatı sahələrində inkişaf etdirməyin yeganə yoludur.

"Hazırda göl yatağında bir milyard kubmetrə yaxın su var ki, bu da təbii səviyyədən çox aşağıdır və fəlakətin dərinliyi çox böyükdür." - bu sözləri Məhəmmədhüseyn Həsənzadə İRNA-ya deyib.

O, Urmu gölünün hazırkı vəziyyətini kritik hesab edərək, bərpa planlarının tez bir zamanda həyata keçirilməsinin vacibliyini vurğulayıb:

“Son illərin təcrübələrini nəzərə alsaq, gölü bərpa etməkdən başqa çarəmiz yoxdur və bu arada suyun həddini normal səviyyəyə çatdırmalıyıq ki, bu da lazımi maliyyə vəsaitinin kəsilməsi kimi halların yaşanması ilə mümkün olmayacaq."

Həsənzadə Urmu Gölü Bərpa Komitəsinin 2011-cı illərdən etibarən fəaliyyətinə toxunaraq əlavə edib: Bu komitənin planları vaxtında və mütəxəssislərin istədiyi şəkildə həyata keçirilməsə də, akademik və elmi-tədqiqat müəssisələrinin apardığı araşdırmalar gölün bərpasının mümkünlüyünü açıq şəkildə göstərir.

Onun sözlərinə görə, Urmu gölünün xilası ölkənin şimal-qərb bölgəsini ekoloji, iqtisadi, sosial və kənd təsərrüfatı sahələrində inkişaf etdirməyin yeganə yoludur.

Visiontv.az



Seçilən
13
1
visiontv.az

2Mənbələr