AZ

"Kəpəz" legionerinin xidmətindən məhrum oldu

Misli Premyer Liqasının 23-cü turunda Tovuzda "Şamaxı"nı qəbul edəcək "Kəpəz" matçın hazırlıqlarını davam etdirir.

Gəncə təmsilçisinin sözçüsü Azad Mustafayevin Fanat.Az-a verdiyi məlumata görə, hazırda komandada zədəli futbolçu olmasa da, baş məşqçi Azər Bağırov legionerlərdən birini oynada bilməyəcək: 

"Hazırda zədəli futbolçumuz yoxdur. Komanda tam heyətlə məşq edir. Yalnız Dioqo Verdaskanın meydana çıxmayacağı dəqiqdir. Verdaskanın vərəqə limiti dolduğu üçün "Şamaxı" ilə matçda iştirak etməyəcək".

Xatırladaq ki, "Kəpəz" - "Şamaxı" matçı fevralın 17-də keçiriləcək. Qarşılaşmanın start fiti 16:00-da səsləndiriləcək.

Nihat

Seçilən
1
fanat.az

1Mənbələr