AZ

Trampın elçisi: Ukrayna ərazisinin bir hissəsini itirəcək

Ukrayna münaqişəsinin həllinə Kiyevi ərazilərin itirilməsi ilə bağlı razılaşma daxil ola bilər.

Yenisabah.az Fox Business-ə istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

O bildirib: “Düşünürəm ki, müdafiə naziri Pit Heqset haqlı idi. 2014-cü ilə və Rusiya Krıma girməzdən əvvəl mövcud olan sərhədlərə qayıtmaq mümkün olmayacaq. Potensial ərazi itkisi ilə bağlı hansısa razılaşma və bunu tanımağa ehtiyac olmayacaq".

“Baltikyanı ölkələrə münasibətdə bunu tanımırdıq. "Uells doktrinası" var idi. Biz heç vaxt Sovet İttifaqının bu ölkələrin sahibi olduğunu düşünməmişik, onun təsiri altında olduqlarını demişik”, - deyə general Kelloq vurğulayıb.


Telegram kanalımız
Seçilən
2
yenisabah.az

1Mənbələr