Baku TV metronun "28 May" stansiyasının qarşısında xarici valyutaların "qara bazar"ını ifşa edib.
Ölkədə valyuta satışı üçün lisenziya tələb olunduğu halda görüntülənən mənzərə tam əksini deyir.
Vəziyyəti əyani şəkildə göstərmək üçün kanalın əməkdaşı şərti müştəri qismində əlində xeyli miqdarda rus rublu olan şəxsə yaxınlaşıb və ona 40 manat ödəyərək 2200 rus rublu alıb.
Daha sonra isə valyuta mübadiləsi etdiyi adama yenidən yaxınlaşanda həmin şəxs qeyri-qanuni valyuta satışı həyata keçirdiyini inkar edib.
"Pul satmaq istəyirəm, müştəri yoxdur. Rusiyada yaşayıram, bank rus rublunu ucuz götürür deyə satmaq istəyirdim", - deyə o suallardan yayınmağa çalışıb.
Ətraflı süjetdə: