AZ

Makrondan KRİTİK AÇIQLAMA: “Avropa addım atmalı və hərəkətə keçməlidir, əks halda…”

“Trampın siyasəti Avropa üçün “elektroşok effekti” verəcək”.

KONKRET.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

O bildirib ki, Donald Tramp ABŞ prezidentliyinə qayıtdıqdan sonra atdığı ilk addımlarla bütün Avropanı şoka salıb.

“Bu, elektroşokdur. Bizə asimmetrik və xarici impulslar lazımdır. Çünki Aİ-nin başqa seçimi yoxdur. Avropa addım atmalı və hərəkətə keçməlidir. Bu elektroşok həddindən artıq strateji qeyri-müəyyənlik və ABŞ-dan strateji asılılığı davam etdirməyə ümid bəsləyən Avropa ölkələrini ayıqlaşdırmağa kömək edəcək. Əvvəllər Çin bazarı, təhlükəsizliyi təmin edən Amerika çətiri və hasilatı dəstəkləmək üçün ucuz Rusiya qazı var idi. Amma indi hər üçünü unuda bilərik. Avropa müdafiəyə sərmayə yatırmaqla, həmçinin daha geniş iqtisadi inteqrasiya və tənzimləmə yolu ilə ÜDM artımına nail ola və “strateji oyanış” əldə edə bilər. Avropanın gələcək hərbi potensialı ona ABŞ-ın iştirakı olmadan belə hərəkət etmək imkanı verməlidir. Bu, təxminən 5-10 il çəkəcək”, – deyə Makron vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
3
konkret.az

1Mənbələr