Xarici İşlər Nazirliyinin və Rusiyanın digər rəsmi strukturlarının nümayəndələri Münxen Təhlükəsizlik Konfransında iştirak etməyəcəklər. Missiya.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Bildirib ki, Rusiya tərəfinə heç bir dəvət göndərilməyib."Bildiyiniz kimi, Siyasi və Təhlükəsizlik Məsələləri üzrə Münxen Konfransına Rusiya rəsmiləri dəvət edilmir. Bu qərar bir neçə il əvvəl qəbul edilib. Bu, siyasiləşmiş, qəribə qərardır. Müvafiq olaraq, Xarici İşlər Nazirliyinin, eləcə də Rusiyanın digər rəsmi strukturlarının, orqanlarının nümayəndələri orada olmayacaqlar. Bunu sizə əminliklə deyə bilərəm", - diplomat bildirib.Tramp bundan əvvəl Rusiya və ABŞ rəsmilərinin fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna münaqişəsi ilə əlaqədar danışıqlar aparacağını bildirmişdi.Zərintac MayisqızıMissiya.Az