Məlum olduğu kimi, “Sabah”ın baş məşqçisi Vasili Berezutski Nuriyevi əvəzedici heyətə göndərib.
Vaxtilə milliləşdirilərək Azərbaycan yığmasına cəlb olunan 28 yaşlı yarımmüdafiəçi “Sabah”-2” də forma geyinib.
O, Əvəzedicilər Liqasının XXII turunun "Turan Tovuz-2" ilə görüşünə (5:0) start heyətində çıxıb. Anatoli 59-cu dəqiqədə əvəzlənib.
Masazır klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Sportinfo.az-a açıqlamasında baş məşqçinin qərarına aydınlıq gətirib:
"Anatoli Nuriyev əsas komandamızın üzvüdür və o, burada məşq edir.
Premyer Liqada son oyunumuzda adı iştirak ərizəsində yer almışdı. Əsas komandada az şans qazanan futbolçuların oyun praktikasını itirməməsi üçün əvəzedici heyətdə çıxış etməsi adi praktikadır
. Mövsüm ərzində əsas komandamızın başqa futbolçuları da əvəzedici komandanın heyətində meydana çıxıblar. Yəni, o, əvəzedici heyətə göndərilməyib, əvvəlki kimi əsas komandadadır.
Anatoli, sadəcə, oyun praktikasını itirməmək üçün əvəzedici komandanın heyətində oyuna çıxıb".