“Lisenziya verilən ödəniş və elektron pul təşkilatlarının sayı 30-a çatdırılacaq”.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının ödəniş xidmətləri və ödənişsiz sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəhbəri Xəyaləddin Tağıyev deyib.
O bildirib ki, hazırda lisenziya 15 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və 1 ödəniş sistemi fəaliyyət göstərir. Ötən il bu təşkilatlar vasitəsilə aparılan əməliyyatların həcmi 60,5 mlrd. manata çatıb. Bunun 18,65 mlrd. manatı ödəniş əməliyyatları ekvayrinqinin, 15,2 mlrd.manatı ödəniş xidmətləri üçün vasitəçilik xidmətinin, 12,2 mlrd. manatı kredit köçürməsi ilə bağlı əməliyyatların, 9,1 mlrd. manatı isə elektron pulun emissiyası və ödəniş əməliyyatlarının icrasının payına düşüb.