Məlum olduğu kimi, AFFA İntizam Komitəsi U-17 Liqasında keçirilən VƏTƏN İOEUGFMPHŞ-Neftçi PFK oyununda yaşanan qalmaqalla bağlı qərar qəbul edib.
Rekord.az xəbər verir ki, matçın 69-cu dəqiqəsində "Masallı" PFK-da qeydiyyatdan keçmiş komanda rəsmisi Abdulla Xəlilov Neftçinin baş məşqçisi Asif Ramazanovun üzünə başla zərbə endirdiyinə, xəsarət yetirdiyinə görə Abdulla Xəlilov 6 ay müddətinə AFFA və PFL bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb (maddə 40.10, 40.11).
Maraqlıdır, "Masallı" PFK-da qeydiyyatdan keçmiş şəxsin "Vətən"in oyununda nə işi var. Həmin şəxsi hazırda "Masallı"ya rəsmi olaraq nə isə bağlayırmı. Qaranlıq qalan məqama aydınlıq gətirmək üçün "Masalı" PFL-nın təsisçisi və rəhbəri Mirələm Həşimovla əlaqə saxladıq. Həşimov məsələyə bu cür münasibət bildirdi: "Əvvəla onu deyim ki, bizim "Masallı" PFK-nın U-17 komandası Bakıda fəaliyyət göstərir. Həmin şəxsə gəlincə, onun məlum qalmaqallı oyunda iştirakı ilə bağlı bizdə heç bir məlumat olmayıb, bizdən icazəsiz gedib həmin oyuna. Sən demə, başqa oyunlara da gedib baxırmış və bundan da sonradan xəbər tutmuşuq. Kaş ki, bu hadisə olmazdı. İndi qarşı tərəfin də günahı var, yoxdu, bunu da istintaq araşdırır. Amma biz həmin şəxsi artıq komandadan uzaqlaşdırmışıq. Çünki bizdən icazəsiz başqa oyuna gedib və səhv edib. Nəticədə bu hadisə də baş verib. Onsuz da AFFA da onu cəzalandırıb və 6 aylıq futboldan kənarlaşdırıb. Onu da deyim ki, həmin oyunda təhlükəsizlik də təmin olunmayıb. Lisenziyası olmayan adam meydançaya necə düşə bilər, texniki zonada onun nə işi var? Buna hakimlər komitəsi, eləcə də rəqib komanda da nəzarət etməli idi. Çünki kənardan hansısa azarkeş də ora düşə bilərdi".