
İngiltərənin paytaxtı Londonda Türkiyə konsulluğunun qarşısında bir nəfər müsəlmanların müqəddəs kitabı Quranı yandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Həmin ərazidən keçən bir nəfər bıçaqla sözügedən şəxsə hücum edib və onu döyüb.
Hadisə yerinə təcili yardım və polis dəstələri göndərilib.
Quranı yandırana hücum edən şəxsin qanunsuz silah saxlamaq və ağır xəsarət yetirmək şübhəsi ilə saxlanıldığı bildirilir.