Bakıda qadına qarşı soyğunçuluq edilib.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Nərimanov rayonu ərazisində naməlum şəxs zor tətbiq etməklə 28 yaşlı qadının çantasını talayıb.
Soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 23 yaşlı Ə.Qəhrəmanov müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.
Araşdırma aparılır.
Telegram kanalımız