AZ

İSB: Ötən il “Yaşıl Kart”lar üzrə 1,2 milyon manat sığorta ödənişi həyata keçirilib

Bakı, 14 fevral, AZƏRTAC

Ötən il Azərbaycanda rəsmiləşdirilmiş “Yaşıl Kart”lar üzrə 314 sığorta hadisəsi qeydə alınıb və 1 milyon 226 min 847 manat sığorta ödənişi həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosu, Baş informasiya meneceri Anar Səmədov Bakıda keçirilən maliyyə forumunda deyib.

O bildirib ki, 2024-cü ildə ümumi “Yaşıl Kart” sığortası üzrə 468 sığorta hadisəsi baş verib və 2 milyon 507 min 244 manat sığorta ödənişi həyata keçirilib.

“Ümumi “Yaşıl Kart” üzrə 50 min 207 müqavilə rəsmiləşdirilib və 7 milyon 215 min 431 manat sığorta haqqı toplanıb. Xaricdə rəsmiləşdirilmiş “Yaşıl Kart”lar üzrə 154 sığorta hadisəsi baş verib və 1 milyon 280 min 397 manat sığorta ödənişi həyata keçirilib. Bu “Yaşıl Kart”lar üzrə 10 min 169 müqavilə rəsmiləşdirilib və 4 milyon 707 min 858 manat sığorta haqqı toplanıb.

Seçilən
35
azertag.az

1Mənbələr