AZ

Dörd qolun vurulduğu derbi heç kimin üzünü güldürmədi - VİDEO

İngiltərə Premyer Liqasında 15-ci turdan təxirə salınmış “Everton” - “Liverpul” matçı baş tutub.

Sportinfo.az xəbər verir ki, 2:2 hesablı heç-heçə ilə başa çatan Mersisayd derbisi kifayət qədər dramatik alınıb.

Əvvəlcə hesabı “Everton” açıb. Daha sonra “Liverpul” 2 qol vuraraq üstünlüyə yiyələnib.

Meydan sahibləri isə matçın 90+8-ci dəqiqəsində qol vuraraq məğlubiyyətdən yaxa qurtara bilib.

Matçın sonlarında isə qarşılaşmanın baş hakimi “Liverpul”un baş məşqçisi Arne Slota qırmızı vərəqə göstərib.

Seçilən
25
sportinfo.az

1Mənbələr