AZ

PSJ ondan narazıdır: Yerinə 2 namizəd var

PSJ rəhbərliyi italiyalı qapıçı Canluici Donnarummanın oyunundan narazı qaldığı üçün qapıçı xəttini gücləndirmək imkanını nəzərdən keçirir.

Publika.az xəbər verir ki, bu barədə "L'Équipe" məlumat yayıb.

Bildirlir ki, Paris klubunun qısa siyahısına iki namizəd var: “Milan”ın qapıçısı Mik Maynyan və “Lill”də çıxış edən Lukas Şevalyer.

Xatırladaq ki, Donnarumma 2021-ci ilin yayında “Milan”ı tərk edərək azad agent kimi PSJ-yə keçib.

Seçilən
10
publika.az

1Mənbələr