![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/2/14/1/76d8c04d-1e2b-4fb3-b60f-44a73a4468c4/hasan-seyx-mahmud-asan1.jpg)
Azərbaycanda səfərdə olan Somali Prezidenti Hasan Şeyx Mahmud Bakıda ASAN Xidmət mərkəzinin fəaliyyəti ilə tanış olub.
Yeniavaz.com xəbər verir ki, qonağa “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
Hasan Şeyx Mahmud həmçinin mərkəzdə azərbaycanlı ailənin nikah mərasimində də iştirak edib.