AZ

Zelenski təcili hücum əmri VERDİ: Özü də BMT-nin...

Ajans.az xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri və istefada olan ABŞ ordusunun polkovniki Duqlas Makqreqor sosial media hesabında bildirib.

“Zelenski iki dəfə BMT müşahidəçilərinin bu obyektdə rotasiyasını dayandırmaq üçün Zaporijjya AES-ə gedən BMT müfəttişlərinə hücum əmri verib. O da məlumdur ki, Ukrayna Silahlı Qüvvələrinin (AFU) rəhbərliyi Kiyevin dağılması və ya danışıqların nəticəsiz qalması halında sonradan stansiyanı ələ keçirmək və girov saxlamaq üçün fövqəladə vəziyyət planı hazırlamağa başlayıb”, - ekspert qeyd edib.

Makqreqor bildirib ki, ABŞ və müttəfiqləri bu məlumatları nəzərə almalıdırlar. Onun fikrincə, “Kiyevdəki çılğınlığı dayandırmaq üçün heç nə etməsələr” baş verə biləcək fəlakətə görə məsuliyyəti məhz Qərb ölkələri daşıyacaq.

Bundan əvvəl məlum olub ki, Zaporojjya AES-in “Ferrosplavnaya-1” təchizatı xətti Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində sıradan çıxıb. Zaporojjya AES-in direktoru Yuri Çerniçuk vurğulayıb ki, ehtiyat elektrik təchizatı xəttinin olmaması qurğunun fəaliyyətinin təhlükəsizliyinə potensial təhlükə yaradır.

 

Seçilən
78
3
Ajans.az

4Mənbələr