“Əgər təhlükəsizlik zəmanəti olmadan sülh əldə olunarsa, Rusiya yenidən hücuma keçə bilər”.
Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransı çərçivəsində jurnalistlərə müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, bu il Rusiya Belarus istiqamətində 15 diviziya hazırlamağı planlaşdırır.
Zelenski qeyd edib ki, onlar tam və ya qismən Belarusda yerləşə bilər.
"Söhbət 100-150 minlik diviziyadan gedir. Bu qrupun Ukraynaya qarşı hücuma keçəcəyinə əmin deyiləm. Onlar həm Ukraynaya, həm Polşaya, həm də Baltikyanı ölkələrin üzərinə gələ bilərlər", - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az