AZ

Qafqazda yeni cəbhə açıldı: Rusiya bu iki dövlətə qoşun yeridir: Siyahıda görün hansı ölkə var

Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın nüfuzlu “The Guardian” nəşrinə müsahibəsində Rusiya ordusunun gücləndirilməsi və potensial təhlükələri barədə açıqlamalar verib. Prezident bildirib ki, Rusiya 2025-ci ilə qədər ordusunu 12-15 diviziya, yəni təxminən 150 min əsgər artırmağı planlaşdırır.

Bu artım Şimali Koreyadan səfərbərlik yolu ilə əlavə qoşunların cəlb edilməsi hesabına həyata keçiriləcək. Prezident qeyd edib ki, ehtimal olunan bu qüvvələr Belarus ərazisində təlim keçəcək və Rusiya, Belarus ərazisindən Polşa və Litvaya qarşı hücum planları qura bilər.

Bəs Rusiyanın adı çəkilən ölkələrə qoşun yeritməsi gözləniləndir?

Məsələ ilə bağlı politoloq Zeynal Əliyev Ajans.az-a açıqlamasında bildirib ki, Ukrayna tərəfinin bu tip məlumatları uzun müddətdir səsləndirməsinə baxmayaraq, reallıqda bu ssenarilərin həyata keçməsi çətin görünür: 

“Ukrayna tərəfi dəfələrlə iddia edib ki, Rusiya Belarus ərazisindən istifadə edərək Polşa və Litvaya hücum edəcək. Lakin nəzərə almaq lazımdır ki, Belarus və Rusiya müttəfiq ölkələrdir. Belarus Prezidenti Aleksandr Lukaşenko Vladimir Putinin ən yaxın siyasi tərəfdaşlarından biridir. Həmçinin, bu iki dövlət arasında ‘İttifaq Dövləti’ müqaviləsi mövcuddur və gələcəkdə birləşmə məsələsi müzakirə mövzusu olaraq qalır. Buna görə də, Rusiyanın Belarus ərazilərindən belə bir hərəkət üçün istifadə etməsinə və bu ölkəyə hansısa formada müdaxilə etməsinə ehtiyac yoxdur".

Politoloq əlavə edib ki, Rusiya ilə Ukrayna arasındakı müharibənin səbəblərindən biri də Ukraynanın NATO-ya qoşulmaq istəyidir. Lakin Polşa və Litva kimi ölkələr artıq NATO üzvü olduqları üçün Rusiya üçün bu ölkələrə qarşı hərbi müdaxilə etmək çox risklidir:

“Polşa və Litva Rusiya üçün Ukrayna deyil. Ukrayna müstəqil bir dövlət idi və hərbi blokların üzvü deyildi. Rusiya Ukraynanın NATO-ya üzv olmaq niyyətindən narahat oldu və nəticədə müharibə baş verdi. Hazırda isə vəziyyət fərqlidir. Polşa və Litva NATO-nun üzvüdür. Bu ərazilərə hər hansısa bir dövlətin, o cümlədən Rusiyanın hücum etməsi NATO-ya hücum deməkdir və NATO bu hücuma cavab verməlidir. Bu isə Rusiyanın tamamilə məğlubiyyəti ilə nəticələnə biləcək böyük bir qarşıdurmaya səbəb ola bilər”.

Zeynal Əliyev hesab edir ki, Rusiya hazırda Ukrayna müharibəsindən ciddi iqtisadi və hərbi zərərlər görüb. Uzunmüddətli müharibə nəticəsində Rusiya təbii ehtiyatlarını tükətməkdədir və NATO ilə hərbi qarşıdurma Kremlin tamamilə məhv olmasına səbəb ola bilər:

“Hər halda Kremldə oturanlar bu dərəcədə irrasional qərar verməzlər. NATO ilə müharibəyə girmək Rusiyanın öz fəlakətinə səbəb olar. Xüsusilə də, Rusiya-Ukrayna müharibəsinin yaratdığı hərbi və iqtisadi problemləri nəzərə alsaq, Kremlin NATO ilə qarşıdurmaya hazırlaşması çox aşağı ehtimallıdır. Hazırda Kremlin Ukrayna qarşısında əsas tələblərindən biri ələ keçirdiyi torpaqları özündə saxlamaq, digəri isə Ukraynanın hərbi bitərəfliyini elan etməsidir. Lakin bu tələblər müharibənin hələ uzun müddət davam edəcəyini göstərir".

Seçilən
80
Ajans.az

1Mənbələr