AZ

ABŞ Meksika ilə sərhədə əlavə hərbçilər göndərəcək

ABŞ Şimal Komandanlığının rəhbəri general Qreqori Quillot kartellər və qeyri-qanuni immiqrantlarla mübarizə aparmaq üçün Meksikanın cənub sərhədinə əlavə qoşunların yerləşdiriləcəyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Senat Komitəsində keçiriləcək büdcə müzakirəsi öncəsi qiymətləndirmələr edən Quillot, Meksika sərhədindəki kartellərin ABŞ-nin ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini təhdid etdiyini, kartellərlə və qeyri-qanuni mühacirlərlə mübarizə məqsədilə Meksikanın cənub sərhədində vəzifə yerinə yetirən əsgərlərin sayının artacağını gözlədiklərini bildirib.

Quillot ABŞ-nin Amerika körfəzində hələ bir təyyarədaşıyan gəmisinin olmadığını, lakin Sahil Mühafizəsi ilə birlikdə işləmək üçün əlavə qüvvələrə ehtiyac olduğunu söyləyib.

General qeyd edib ki, Meksika narkotik kartellərinin fəaliyyətini izləmək üçün havadan müşahidə fəaliyyətləri də artırılıb.

Seçilən
13
cebheinfo.az

1Mənbələr