AZ

Elektron pul təşkilatlarına Mərkəzi Bankda müxbir hesabın açılmasına şərait yaradılacaq - AMB rəsmisi

Bakı. Trend:

Yaxın gələcəkdə ödəniş və elektron pul təşkilatları üçün MərkəziBankda müxbir hesabın açılmasına şərait yaradılacaq.

Trend xəbərverir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Xidmətlərivə Ödəniş Sistemlərinin Tənzimlənməsi şöbəsinin rəhbəri XəyaləddinTağıyev Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, bu istiqamətdə görülən tədbirlərdən biri dəhesablar planına müvafiq dəyişikliklər edilməsidir:

"Əvvəl ödəniş və elektron pul təşkilatları banklarda iki cürhesab aça bilirdilər: Bir hesab öz vəsaitlərinin saxlanması və özəməliyyatları üçün, digəri isə müştəri əməliyyatları üçün.

Lakin ediləcək dəyişikliyə əsasən, öz vəsaitləri ilə paralelelektron pul üçün bir hesab, digər ödəniş xidmətləri üçün isə başqabir hesab açılacaq. Artıq bu layihə təsdiqlənmə ərəfəsindədir", -deyə X.Tağıyev qeyd edib.

Seçilən
54
az.trend.az

1Mənbələr