"Əgər yaxın günlərdə İranın ali dini lideri Əli Xamenei beynəlxalq ictimaiyyətə rəsmi şəkildə bəyan etsə ki, Tehran nüvə silahı əldə etmək niyyətindən imtina edir və bu yoldan geri çəkilir, o zaman Trampın dediyi kimi, məsələləri danışıqlar yolu ilə həll etmək mümkün ola bilər. "
Politoloq Elşad Həsənov bunu News365.az-a açıqlamasında deyib.
Lakin əgər İran bu bəyanatı verməz və nüvə proqramını davam etdirərsə, yaxın müddətdə İsrailin artıq ABŞ-ın hərbi və siyasi dəstəyi ilə İranın nüvə obyektlərinə zərbə endirəcəyi ehtimalı daha da güclənir."
"ABŞ kəşfiyyatının son məlumatlarına görə, İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatı əhəmiyyətli dərəcədə artıb. Bu isə Tehranın qısa müddətdə nüvə silahı istehsal etmək potensialını yüksəldərək Vaşinqton və Təl-Əviv üçün ciddi strateji təhlükə yaradır. Əgər Tehran beynəlxalq nəzarət mexanizmlərinə əməl etməsə və gərginlik artmağa davam etsə, ilin ortalarına qədər İsrailin İranın nüvə obyektlərinə qarşı genişmiqyaslı hava hücumu həyata keçirməsi real ssenariyə çevrilə bilər."-deyə bildirib.