AZ

" Zəngəzur dəhlizinin açılmasını ləngidən də məhz Ermənistandır"- Politoloqdan şərh

"Xarici qüvvələrin regiona müdaxiləsinə şərait yaradan da, Zəngəzur dəhlizinin açılmasını ləngidən də məhz Ermənistandır."

Politoloq Turan Rzayev bunu News365.az-a deyib. 

"Ermənistan tərəfi dəhlizin açılacağının fərqindədir və ümumiyyətlə, sülh danışıqlarında bu məsələ gündəmdədir. Buna görə də bu cür açıqlamalarla mövzunu fərqli istiqamətə yönəltməyə və ya daxili auditoriyada müəyyən fərqli fikirlər formalaşdırmağa çalışırlar.

Lakin dəhlizin açılması istər indiyə qədər təqdim olunan şərtlərlə, istərsə də yeni şərtlər daxilində qaçılmaz görünür. Burada əsas məsələ Ermənistanın atacağı addımlar və etimad mühiti yaratmasıdır. Ermənistan hər hansı güc sahibi ölkə üçün cəlbedici dövlət deyil. Siyasətçilər hesab edirlər ki, böyük dövlətlər Ermənistandan alət kimi istifadə edərək Cənubi Qafqazdakı maraqlarını həyata keçirməyə çalışırlar."

Seçilən
4
news365.az

1Mənbələr