AZ

Ermənistan və İtaliya müdafiə nazirləri regionu müzakirə edib

Ermənistanın müdafiə naziri Suren Papikyan italiyalı həmkarı Gido Krosetto ilə görüşüb.

Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Ermənistan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq, o cümlədən beynəlxalq və regional təhlükəsizlik məsələsi müzakirə olunub.

Məlumata görə, nazirlər görüşdə qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əlaqələrin inkişaf etdirilməsi perspektivlərini vurğulayıblar və bu barədə razılıqlar əldə olunub.

Daşqın HəsənovMissiya.Az

Seçilən
38
missiya.az

1Mənbələr