AZ

"İran bir sıra proksi qüvvələri dəstəkləyir"- Fikrət Sadixov

"İran bir sıra proksi qüvvələri, o cümlədən Husiləri, Hizbullahı və Həması fəal şəkildə maliyyələşdirir və silahlandırır."

Politoloq Fikrət Sadixov bunu News365.az-a açıqlamasında deyib. 

"Bunun müqabilində İsrail vaxtaşırı İranın regiondakı obyektlərinə və onun dəstəklədiyi qruplaşmalara qarşı hava hücumları həyata keçirir. Son hadisələr göstərir ki, Tramp hakimiyyətə gəldikdən sonra İsrailin İrana qarşı münasibəti daha da sərtləşəcək və potensial hərbi əməliyyat ehtimalı artacaq."

"Yaxın Şərqdə hərbi gərginliyi artıran digər amil isə Tehranın nüvə başlıqlı raketlər hazırladığına dair yayılan iddialardır. Beynəlxalq mənbələrin məlumatına görə, İran yaxın vaxtlarda bu raketləri sınaqdan keçirməyə hazırlaşır. Bu, təkcə İsrail üçün deyil, bütövlükdə Qərb dövlətləri və Körfəz ölkələri üçün ciddi təhlükə yaradır. Eyni zamanda, İran BMT-yə rəsmi müraciət edərək Donald Trampın mümkün güc tətbiqi ehtimalı ilə bağlı xəbərdarlıq edib və beynəlxalq ictimaiyyəti bu məsələyə müdaxilə etməyə çağırıb."

Seçilən
29
news365.az

1Mənbələr