Bakı. Trend:
VMedia "YouTube" kanalı sosial şəbəkələrdə 1993-cü ildəErmənistanın birinci prezidenti Levon Ter-Petrosyanla "Yerkrap"yaraqlılarının görüşünün səs yazısını şərh edən yeni video(https://www.youtube.com/watch?v=cM-fbm6PQrU)yayımlayıb. O vaxt Ermənistanın prezidenti olan Ter-Petrosyan (!)azərbaycanlıların Ermənistandan qovulmasının “erməni xalqının əzəliarzusu” olduğunu bəyan etdi və sonra toplaşanları Ağdamın işğaledilməsi münasibətilə təbrik etdi.
VMedia kanalının videosunda ardıcıl olaraq sübut edilir ki, bu“erməni xalqının əzəli arzusu” beynəlxalq hüquqda aydın və sərtizaha malikdir: soyqırımı. Azərbaycan xalqının soyqırımı. Məhz bunagörə də Ermənistan hazırda Qafqazda yeganə monoetnik dövlətdir.Yəni Ermənistanın monoetnik olması azərbaycanlılara qarşı etniktəmizləmənin birbaşa nəticəsidir.
Belə ki, VMedia filmi bizə bu prosesin Cənubi Qafqazın Rusiyaimperiyasının tabeliyində olduğu dövrdə, 1828-ci ildə ÇarRusiyasının erməniləri Qafqaza köçürməyə başladığı dövrdəbaşladığından xəbər verir. Daha sonra ötən əsrin əvvəllərində davametdi və 1918-1920-ci illərdə Ermənistanın müstəqilliyi və daşnakhakimiyyəti dövründə maksimum pik həddinə çatdı. Sovet dövründəStalinin 1947-1948-ci il fərmanları ilə azərbaycanlılarınErmənistandan Azərbaycana deportasiyası baş verdi. Nəhayət, 1888-ciilin noyabrında soyqırımının növbəti mərhələsində 200 mindən çoxazərbaycanlı qovuldu. Ermənistanın monoetnikləşməsi məhz belə olduvə Ter-Petrosyan "Yerkrap" yaraqlıları ilə görüşdə məhz bununəzərdə tuturdu.
Önəmli olan odur ki, videoçarxdakı faktlar Cənubi Qafqazıntarixi və müasir reallıqları haqqında geniş təsəvvürə malik olmayantamaşaçılara belə başa düşülən şəkildə təqdim edilib.
Ona görə də filmi sosial şəbəkələrdə ən geniş auditoriyayaçatdırmaq olar. Video ingilis dilində də mövcuddur. https://www.youtube.com/watch?v=OQV5oWZDPT0