Ləğv prosesində olan Dövlət Sığorta Kommersiya Şirkətinin balansında olan avtomobillər 13 fevral 2025-ci il tarixində keçirilən hərracda satışa çıxarılıb.
Valyuta.az xəbər verir ki, hərrac zamanı ümumilikdə 7 nəqliyyat vasitəsi satılıb.
Ən yüksək qiymətə satılan avtomobil “Lexus GX460” markalı olub, 42 030 manata satılıb. Ən aşağı qiymətə isə “Hyundai Sonata” - 3850 manata satılıb.
Hərracda diqqətçəkən satışlardan biri isə ilkin qiyməti 180 manat olan “Nissan Maxima” avtomobilinin yekunda 7000 manata satılması olub.
Avtomobillərin siyahısı ilə linkə keçid edərək tanış ola bilərsiniz:
Maya Hüseynova